Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

Ombudsman nümayəndələri Leyla Yunus və İntiqam Əliyevlə görüşüblər


Hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyev

Hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyev

-

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusovaİntiqam Əliyevlə də görüşüblər.

Araşdırma zamanı müəyyən olunub ki, L. Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG