Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:11

-

"Qanun" nəşriyyatından iki yeni kitab gəldi.

Charles Bukowski. POÇT İDARƏSİ

“Poçt idarəsi” 12 ilə yaxın poçtda işləmiş Amerika yazıçısı Bukovskinin ilk romanıdır.

1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir.

1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır.

Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur.

Cıdır yarışlarına aludə olan və yetərincə pul qazanan, lakin vaxtaşırı uğursuz həyata görə içkiyə aludə olan Çinaski, nəhayət, həyatını dəyişmək qərarı verir. Roman yazmaq fikrinə düşür...

Tərcümə: Fərhad Yalquzaq

Jorge Luis Borges. QUM KİTABI

Kitabda məşhur Argentina yazıçısı Borxesin seçmə hekayələri toplanıb:

Yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında...

Tərcümə: Nəriman ƏBDÜLRƏHMANLI

Günün bütün mövzuları

XS
SM
MD
LG