Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

«Beynəlxalq təşkilatların mövqe bildirmələri Azərbaycan hökuməti üçün təsiredici görünmür»


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev

-

«Yeni Nəsil» Jurnalistlər Birliyi Xədicə İsmayılın həbsini pisləyir. Bu barədə AzadlıqRadiosuna birliyin sədri Arif Əliyev açıqlama verib:

«Jurnalistlərlə bu cür davranış, jurnalistlərin susdurulmasında bu yolun seçilməsini ümumiyyətlə müasir dövrdə jurnalistika sahəsində heç nəylə əsaslandırmaq mümkün deyil».

Həmkarı Mehman Əliyevdən fərqli olaraq Arif Əliyev düşünür ki, proses hələ uzun çəkəcək:

«Gördüyümüz kimi jurnalistlərin həbsindən sonra onlara qarşı ciddi sübutlar ortaya qoymadan aylarla həbsxanada saxlayırlar. Əlbəttə həm yerli, həm beynəlxalq təşkilatların mövqe bildirmələri müsbət amillərdir. Amma son təcrübələr göstərir ki, bu cür amillər Azərbaycan hökuməti üçün o qədər də təsiredici görünmür. Necə ki bizə jurnalistlərin bu cür ittihamlarla həbsi inandırıcı görünmür».

Günün bütün mövzuları

XS
SM
MD
LG