Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

«Bu siyasətin əsas məqsədi Azərbaycanda azad fikri boğmaqdır»


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

-

«Xədicə İsmayılın həbsi həm vətəndaş cəmiyyətinə, həm də mediaya ciddi zərbədir». Bunu Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir. O, jurnalistin həbsini peşə fəaliyyəti ilə əlaqələndirir:

«Bəyanatlar yayılır ki, jurnalistlər öz peşələrinə görə həbs edilmirlər. Bəs nəyə görə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?! Bütün bunlar onu göstərir ki, bu bir siyasətdir və bu siyasətin əsas məqsədi Azərbaycanda azad sözü, azad fikri boğmaqdır».

Mehman Əliyev hesab edir ki, 2015-ci ilin yazınadək bütün siyasi məhbuslar azad ediləcək. Çünki:

«Burada bir neçə məsələ var. Ümumilikdə iqtisadi-sosial durum yaxşı deyil. Hər şey neft iqtisadiyyatı üzərində durduğundan ildən-ilə itiririk. Azərbaycan hakimiyyəti üçün qeyri-neft sektorunun işə salınması çox vacibdir. Bunun üçün gərək azad iqtisadiyyat olsun, azad iqtisadiyyat üçün azad məhkəmələr, digər qarantiyalar olmalıdır. İkinci məsələ, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər var və bunu kənara ata bilməz. Üçüncüsü də, hadisələr var - olimpiya oyunları, seçkilər. 2015-cü ildə Azərbaycan Avropa Şurasına heabat verməlidir. Ona görə hesab edirəm ki, elə yanvar ayından müsbət addımlar atılacaq və getdikcə artacaq. Hesab edirəm ki, vətəndaş cəmiyyətində dialoq başlayacaq, Xədicə İsmayıl və digərlərinin məsələsi də müsbət həll olunacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG