Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05

Yazıçı Əkrəm Əylisli: «Bu yolla insanı həbs etmək çox gülüncdür»


Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əylisli

«Mənə elə gəlir ki, bu yolla insanı həbs etmək çox gülüncdür. Mənə də bu inandırıcı görünmür, yerli-dibli uydurmadır».

Yazıçı Əkrəm Əylisli araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirərkən belə deyib. Yazıçıya görə, belə bir ittihamla jurnalisti həbs etməklə hüquq mühifizə orqanları düşüncəsizlik ediblər:

«Həbsin motivi bütün cəmiyyətə, Azərbaycan xalqına bəllidir. Hamı bilir ki, Xədicənin həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır. Buna bir kəsdə bir damla olsun belə şübhə yoxdur. Bu cür addım atmaq düşüncəsizlikdir. Adama qəribə gəlir ki, ciddi insanlar necə belə bir şey edir. Məndə acınacaqlı təəssürat yaranır».

Yazıçı ümid edir ki, işin istintaqı ədalətli aparılacaq və jurnalist tezliklə azad olunacaq:

«Belə bir yolla Xədicə İsmayıl tutulsa, bu, Azərbaycan məhkəmə sisteminin tamamilə tənəzzülü, simasızlığı olar. Mənə elə gəlir ki, hüquq mühafizə orqanları buna getməməlidirlər, öz ləyaqətlərini saxlamalıdırlar. Bir ola nəsə inandırıcı olsun, bir də ola ki belə. Mən təsəvvür etmirəm ki, Azərbaycanda kənd müəllimindən tutmuş başqa sənət sahibinədək kimsə adamın bu yolla həbsə salınmasını ədalətli saysın. Mən bunu təsəvvür etmirəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG