Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

AB Türkiyəni İD yaraqlılarına qarşı mübarizəyə cəlb etmək istəyir


-

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri və qurumun yüksək rütbəli bir neçə məmuru Türkiyəyə gəlib.

Səfərin məqsədi Suriyadakı İslam yaraqlılarına qarşı mübarizədə daha da yaxından iştirak etmək üçün Türkiyəni cəlb etməkdir. Rusiyaya qarşı AB-nin sanksiyaları da müzakirə mövzusudur.

Nümayəndə heyəti Türkiyə prezidenti Tayyip Erdoğan və baş nazir Ahmet Davutoğlu ilə görüşəcək və qaçqın düşərgəsinə baş çəkəcək.

AB Türkiyəyə İraq və Suriyadan gələn qaçqınların öhdəsindən gəlməkdə kömək edəcək.

Mogherini səfər əsnasında deyib ki, “bu səfər AB və Türkiyə arasında əlaqələrin strateji vacibliyinin güclü göstəricisidir”.

Türkiyə Suriyada İslam Dövləti yaraqlıları ilə və ya digər qruplarla döyüşməyə gedən avropalılar üçün əsas yoldur.

Reuters xəbər agentliyi AB rəsmilərinə istinadən bildirir ki, qurum Türkiyədən xarici döyüşçüləri müəyyənləşdirmək üçün kömək istəyir.

Ancaq Türkiyə bildirir ki, Avropa hökumətləri özləri xaricilərin döyüş səfərinə mane olmağı bacarmalıdır.

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb.

AB rəsmiləri deyirlər ki, qurum Türkiyənin heç olmasa situasiyadan istifadə edib Rusiyaya ixracaatını artırmasın.

Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərindən sonra elan etdi ki, Cənub Axını qaz kəməri artıq onlara lazım deyil və Rusiya Türkiyənin tərəfdaşlığı ilə alternativ variantdan istifadə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG