Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54

Nigeriyada saxlanan hərbi təyyarədə 18 rus sərnişin olub


Hərbi təyyarə

Hərbi təyyarə

Nigeriya dekabrın 6-da hərbi yük təyyarəsinin 18-i rus, ikisi fransız olan sərnişinlərini saxlayıb.

Bu barədə TASS Nigeriyadakı Rusiya diplomatlarına istinadən məlumat yayıb. Söhbət An-124 hərbi yük təyyarəsindən gedir.

Əvvəlcə diplomatlar təyyarənin də Rusiyaya məxsus olduğunu deyiblər.

Amma belə bir məlumat da yayılıb ki, Nigeriya höküməti Rusiyaya məxsus təyyarəni və fransızca danışan ekipajı saxlayıb.

Təyyarə Nigeriyanın şimalında yerləşən Kano şəhərinə məcburi eniş edib. Onun göyərtəsində deklarasiya edilməmiş silah tapılıb.

Nigeriyanın hava hərbi qüvvələri rəhbərliyi təyyarə saxlandığını təsdiqləsələr də, ətraflı məlumat verməyib.

Təyyarə Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidən Çadanın paytaxtı Ncamenaya uçurmuş. Ancaq Ncamenada hava limanı bağlı olduğundan Kanoya məcburi eniş etməli olub.

Təyyarədə iki vertolyot və silah dolu qutular olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG