Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

İsrail Dəməşq yaxınlığında hakimiyyət qüvvələrinin əlində olan ərazilərə hava zərbəsi endirib. Bu barədə Suriya hərbi rəhbərliyi məlumat yayıb. Bildirilir ki, İsrailin zərbələri ilə üzləşən ərazilərdən biri paytaxtın beynəlxalq hava limanının yaxınlığıdır.

Suriyanın dövlət televiziyasıı ölkə hərbisinin rəhbərliyinin bəyanatını yayıb. Bəyanatda hücumlar nəticəsində dağıntıların olduğu, amma yaralananların olmadığı qeyd olunur.

İsrail hələlik bu bəyanata öz münasibətini bildirməyib.

Suriya hökuməti iddia edir ki, İsrail prezident Bashar al-Assad-in devrilməyi üçün üsyançılara kömək edir.

Britaniyada mənzillənən Suriya İnsan Hüquqları Müşahidəçiləri hədəfə götürülən Dimasın hərbi mövqe olduğunu bildirilir. Beynəlxalq hava limanında isə hərbçilər, mülki şəxslər əməliyyatlar aparır.

İsrail Suriyada vətəndaş müharibəsi başladığı 2011-ci ildən bəri hərbi mövqelərə zərbələr endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG