Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

Sosial mediada François Hollande-ı Borat-a bənzətdilər


Tvitterdə Fransa prezidentini Britaniya aktyoru Sacha Baron-un məşhur qazax jurnalisti “Borat” obrazına bənzədiblər.

Tvitterdə Fransa prezidentini Britaniya aktyoru Sacha Baron-un məşhur qazax jurnalisti “Borat” obrazına bənzədiblər.

-

Yelisey sarayı prezidentin milli qazax geyimində fotolarının internetə çıxmasından qəzəblidir.

Qərb, eləcə də, Britaniya mətbuatı yazır ki, Fransa prezidenti François Hollande-ın onsuz da qibtəedilməz imicinə daha bir zərbə vurulub.

Məsələ burasındadır ki, Qazaxıstana səfəri zamanı “protokol”a uyğun olaraq milli qazax qiyafəsi geyinmiş prezidentin fotoları, Fransa tərəfindən əvvəlcədən qoyulmuş şərtə baxmayaraq virtual aləmə yol tapıb.

Nazarbayevin İnstagramı

“The Daily Telegraph” yazır ki, fotoları nə az, nə çox, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İnstagram səhifəsinə qoyublar, hərçənd tez də çıxarıblar, lakin necə deyərlər, iş-işdən artıq keçibmiş.

Bundan sonra isə Fransa prezidentinin fotosu Tvitterdə lağlağı və məsxərə obyektinə çevrilib.

“Nəhayət prezident etiraf etdi ki, Fransa Kommunist Respublikasının lideridir” – yazıb bir istifadəçi.

Postların əksəriyyətində Fransa prezidenti Holand-ı Britaniya aktyoru Sacha Baron-un məşhur qazax jurnalisti “Borat” obrazına bənzədiblər.

Fotolar prezidenti çox işə salıb

Mətbuat yazır ki, Francois Hollande Fransanın ən qeyri-populyar sosialist lideridir və onun fotoları əvvəllər də lağlağı obyekti olub.

Ötən yanvar ayında Fransa prezidenti başında dəbilqə mopedlə “gizli sevgi görüşü”nə gələndə kameralara düşmüşdü.

Mətbuat yazır ki, məhz bu fotolar onun Fransanın birinci xanımı, jurnalist Valérie Trierweiler-lə münasibətlərini alt-üst etmişdi.

Ötən ay başqa bir shou-biznes jurnalı cənab Hollande-ı aktrisa Julie Gayet-lə Yelisey sarayının bağında əks etdirən fotoları dərc etmiş və “sevginin hələ də gizli davam etdiyini” vurğulamışdı.

Protokol protokoldur

Prezidentin son fotoları isə onun Qazaxıstana rəsmi səfəri zamanı çəkilib. Neftlə zəngin Mərkəzi Asiya ölkəsinə bu səfərdə cənab Hollande-ı 40-dək Fransa biznesmeni müşaiyət edirdi.

Qazax rəsmiləri bundan əvvəl də yüksək qonaqları milli geyimlərlə şərəfləndiriblər. Daha doğrusu, bu Qazaxıstan prezidentinin rəsmi protokoludur.

Bununla belə, Fransa nümayəndə heyəti prezidentin xəz kürk və papaq geyinərkən fotolarının çəkilməməsini tələb etmişdi.

Mətbuat yazır ki, Qazaxıstan prezidentinin şəxsi fotoqrafı isə görünür, öz birbaşa rəisindən aldığı komanda ilə adətincə öz vəzifəsini yerinə yetirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG