Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:49

İran hərbi xərclərini 33 faiz artırır


İran prezidenti Hassan Rohani 2015-ci ilin büdcəsində hərbi xərclərin 33 faiz artırılmasını təklif edir.

Büdcə layihəsi dekabrın 7-də parlamentə təqdim olunub.

Rohani gələn ilin büdcəsini 8,4 kvadrilyon rial və ya 312 milyard dollar təklif edir.

Hərbi xərclər 282 trilyon rial olmalıdır.

Bunun böyük hissəsi İnqilabi Qvardiyaya xırclənəcək.

Büdcədə neftin qiyməti 70 dollar götürülür.

Rohani parlamentə bildirib ki, büdcə ehtiyatla, neftin qiymətinə baxaraq müəyyən olunub.

İranın 6 superdövlətlə razılşamsına görə, İran hər ay dondurulmuş vəsaitlərinin 700 milyon dollarını götürə bilər.

XS
SM
MD
LG