Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19

BMT-nin xüsusi məruzəçisi donorları Azərbaycandakı qaçqınlara yardımı davam etdirməyə səsləyib


BMT-nin xüsusi məruzəçisi Jan Ziqler donorları Azərbaycandakı qaçqınlara ərzaq yardımının davam etdirilməsi üçün vəsait ayırmağa səsləyib. Jan Ziqler bildirib ki, qaçqınlara verilən yardım oktyabrın sonuna kimi tükənə bilər. Donor ölkələrlə yanaşı məruzəçi həm də Azərbaycan hökumətini də məsələnin həllində BMT ilə əməkdaşlığa çağırır.


Cənab Ziqler bildirib ki, Azərbaycanda qaçqınlar kasıblıq həddində yaşayırlar. Ərzağa ən çox ehtiyacı olanlarsa qadınlar və uşaqlardır. BMT xətti ilə Azərbaycanda 140 min qaçqına verilən yardımlar bundan əvvəl də azaldılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG