Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

ABŞ prezidenti Barack Obama bir ildən çoxdur girovluqda olan Luke Somersin öldürülməsini pisləyib. Prezident bunu "barbar qətl" adlandırıb.

Dekabrın 6-da yayılan bəyanatda Obama bildirir ki, Vaşinqton xaricdəki amerikalıları qorumaqda səylərini əsirgəməyəcək.

Amerika xüsusi qüvvələrinin Yəməndə əl-Qaeda girovlarını xilas etmək üçün əməliyyat keçirib.

ABŞ və Yəmən rəsmilərinin uğursuz xilasetmə əməliyyatı barədə verdikləri məlumatda bildirilir ki, terrorçular Amerika foto-jurnalisti Luke Somers-i və Cənubi Afrikalı müəllim Pierre Korkie-ni atışma zamanı öldürməyə macal tapıblar.

Amerikalı jurnalist Somers Yəmənin paytaxrı Sanaada 2013-cü ilin sentyabrında oğurlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG