Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Kerry:"Jurnalistin mıəhkəməsinin vəkilsiz keçməsi qanunların tapdalanmasıdır"


ABŞ -ın dövlət katibi John Kerry İranda jurnalistin ittiham edilməsinə münasibət bildirib. O 4 aydır İranda həbs edilən Jason Rezaiana qarşı rəsmi tiihamdan məyusluğunu dilə gətirib. Kerry Rezaiananın 10 saat sürən məhkəməsinin vəkilsiz keçməsindən "kədərləndiyini" bildirib. Bunu İran və beynəlxalq qanunların tapdalanması adlandırıb.

John Kerry jurnalistə qarşı irəli sürülən ittihamların üzərindən götürülməli və onun dərhal azadlığa buraxılmalı olduğunu bildirib.

“Washington Post”un redaktoru Martin Baron jurnalistinin həbsinə etiraz edib:

" İran höküməti Jason Rezaianın nədə ittiham edilməsini, həbsinin səbəblərini, 4 ay vəkilsiz olmasını hələ də izah etməyib."- deyə Baron bildirib. O əlavə edib ki, Jason akkreditə olunmuş jurnalistdir.

38 yaşlı Jason Rezaian “Washington Post"un Tehran ofisində 2012-ci ildən işləyir. İran höküməti qərb mediası üçün çalış.an jurnalistlərə tez-tez qarşı həbs və basqılar edir

Rezaianın həbs müddəti yanvara qədər uzadılıb. Jason Rezaian ona qarşı rəsmi ittiham irəli sürülmədən 4 ay həbsdə qalıb.

Rezaianın həm ABŞ, həm də İran pasportu var.

Rezaian və xanımı Yeganeh Salehi iyulun 22-də öz evlərində həbs olunmuşdu. Oktyabrda Salehi azad edilir.

İran hakimiyyəti onların niyə tutulmasının detallarını açıqlamır.

Nyu Yorkda qərarlaşan Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, İranda 35 jurnalist həbsdədir. İran həbsdə olan jurnalistlərin sayına görə, dünyada birinci 3 ölkə arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG