Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:33

Türkiyənin baş naziri Ahmet Davutoğlu "mədənçilərin çipli izləniləməsi layihəsi"nə start verib. Layihəyə əsasən yerin altında çalışanların dəbilqələrinə çip yerlşdiriləcək. Bu çiplər sayəsində onları addımbaaddım izləmək mümkün olacaq.
Layihə "UM-1829 Yeraltı Madenciliği Operasyon ve Güvenlik Sistemi Projesi" adlanır. Bu, 1829-cü ildə Türkiyədə ilk daşkömürü tapan Uzun Mehmetin adı ilə belə adlanıb. "UM-1829"un AR-GE (araşdırma və inkişaf) müdiri Yusuf Kotan Anadolu Ajansına bildirib ki, bir ildir bu layihə üstündə çalışır, araşdırmalar aparırlar.

Tədqiqtlara Hacettepe Üniversitesi Maden Mühendisliği və İstanbul Teknik Üniversitesi Elektronik Mühendisligindən olan mütəxəssis və alimlər yer alıb. O araşdırmalatın bir milyon lirəyə (təqribən 450 min dollar) başa gəldiyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG