Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:08

Fransa prezidenti Moskvaya gözlənilməz səfər edib


Fransa prezidenti Francois Hollande Rusiyaya sürpriz səfər edib. O dekabrın 6-da prezident Vladimir Putinlə qışa görüş keçirib. İki lider arasında olan müzakirənin detalları açıqlanmır.

Moskavanın Vnukovo havalimanında diplomatik telminalında görüşən Hollande həmkarına "Cənab prezident, qərara aldım ki, biz Ukrayna böhranı ilə bağlı məsələni müzakirə etməliyik" - deyib.

Putinsə bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir. O, əlavə edib ki, Rusiya həmçinin Ukraynada atəşkəsə əməl ediləcəyinə və əsirlərin dəyişdiriləcəyinə ümid edir.

Ancaq onu da qeyd edib ki, atəşkəs çərçivəsində Ukrayna höküməti ölkənin Rusiyayönlü qüvvələrin nəzarətində olan hissəsini blokadada saxlamamalıdır:

"Biz blokadanın hər hansı bir formada ardan qalxacağını və iqtisadi həyatın bərpası üçün işlər başlanacağını gözləyirik. Əks təqdirdə ölkənin ərazi bütövlüyünün bərpasını təsəvvür etmək çətindir". - deyə Putin bildirib.

Fransa prezidenti Moskavanın Vnukovo aeraportunda dayanmazdan əvvəl Almaniyanın kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroshenko ilə telefonla məsələhətləşmələr aparıb.

Dekabrın 6-da Ukrayna prezidenti Petro Poroshenko Ukraynanın şərqindəki separatçılar və Rusiya nümayəndələri ilə yeni danışıqlar edəcəyinni bildirib. Danışıqların dekabrın 9-da Minskdə keçirilməsi planşaldırılır.


XS
SM
MD
LG