Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:20

Məhkəmə də zavod rəhbərliyi ilə işçilər arasında işgüzar münasibəti bərpa edə bilməyib


Arxiv fotosu
Arxiv fotosu

-

“Kompüterlərimizi, başqa avadanlıqlarımızı əlimizdən alıblar. Özümüzə də işçi kimi heç bir tapşırıq vermirlər. Bir ilə yaxındır ki, boş-boşuna gedib-gəlirik. İş görmədən maaş alırıq". Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Gəncə Detal Aliminum Zavodunun mühəndisi Sitarə Bağırova bdeyir. Onun sözlərinə görə, zavodun direktoru Cəmil Səfərov işçilər arasında ayrıseçkilik yaradır.

"BOŞUNA MAAŞ ALIRIQ"

“Münasibətlərin bu yerə çatmasına səbəb o olub ki, biz bir müddət əvvəl Cəmil müəllimdən şikayət etmişik. İndi də bizdən qisas alır. Bizi işdən qovmaq üçün bəhanələr axtarır. Ona görə də bizə iş vermir, boşuna maaş alırıq. Məqsəd də odur ki, işimizə ehtiyac yoxdur kimi bir görüntü yaradıb bizi ixtisara salsın".

Zavodun direktoru Cəmil Səfərovsa mühəndisin dedikləri ilə razılaşmır. İttihamları əsassız hesab edir:

"Zavodda bir qrupdur. Yığılıblar, nə gəldi danışırlar. Zavodun işgüzar fəaliyyətinə də zərbə vururlar. Bu ilin aprelində Gəncəyə güclü yağış yağanda bir neçə işçi öz aralarında sözü bir yerə qoyub günlərlə işə çıxmadı. Mən də onları xəbərdarlıq etdim. Bundan sonra mənimlə münasibətləri kəskinləşdi".

"VERİLƏN TAPŞIRIQLARI YERİNƏ YETİRMİRLƏR"

Cəmil Səfərovun deməsinə görə, mühəndis Sitarə Bağırova da direktorla yola getməyən qrupun necə deyərlər, "başçısıdır". Deyir, hətta həmin işçilər zavod rəhbərliyinin verdiyi tapşırıqları da yerinə yetirmirlər.

Direktor:

"O ki qaldı kompüterlərin əllərindən alınması barədə dediklərinə, bəli, özləri belə istədilər. Dedilər ki, biz mühəndisik, katibə kimi kompüterdə yazı yazırıq.Mən də tapşırdım ki, istəmirlər, kompüterləri alın onlardan".

Zavod rəhbərliyi ilə işçilər məhkəməyə də düşüblər. Ancaq hüquq da rəhbərliklə işçilər arasında işgüzar münasibəti bərpa etməkdə aciz qalıb.

XS
SM
MD
LG