Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:16

Əli Məsimli: «Neftin qiyməti 50 dollara ensə...»


Əli Məsimli
Əli Məsimli

-

«Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi hələlik Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə törətmir».

Bunu ANS-ə İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli bildirib:

«53 milyard dollarlıq, yəni ÜDM-in 74 faizi səviyyəsində strateji valyuta ehtiyatımız, manatın nisbi sabitliyi, dövlət borcunun ÜDM-in 8 faiz ətrafında olması neftin qiymətinin aşağı düşdüyü məqamlarda manevr etməyə və bunun təsirini neytrallaşdırmağa imkan verir».

Ə.Məsimlinin dediyinə görə, bütün bunlara baxmayaraq, neftin qiymətinin 50 dollara enməsi böhran yaradan amilə çevrilə bilər:

«Belə bir vəziyyətin yaranma ehtimalı az olsa da, hər halda tendensiya ora doğru getsə, onda hökumət böyük ehtimalla antiböhran tədbirləri proqramı ilə vəziyyətdən az itki ilə çıxmağı bacaracaq».

XS
SM
MD
LG