Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:26

ABŞ-da polisin hərəkətlərinə qarşı etirazlar səngimir


Nyu-Yorkda iğtişaşlar - 4 dekabr 2014
Nyu-Yorkda iğtişaşlar - 4 dekabr 2014

-

ABŞ-ın bir neçə şəhərində dekabrın 5-də də aksiyalar davam edib. Aksiyaçılar ağdərili polisin qaradərili amerikalını öldürməsi məsələsinin mühakimədən kənar saxlanmasına etiraz edirlər.

Nyu-York şəhərində nümayişçilər böyük ticarət mərkəzlərinə toplaşıblar. Bəzi nümayişçilər həlak olan şəxsi imitasiya edərək yerə uzanıb. Avtomobil yolları bağlanıb.

Nümayişlər dekabrın 3-də, böyük jürinin polis Daniel Pantaleon-un 43 yaşlı qaradərilinin ölümünə görə cavabdehlik daşımaması haqda çıxardığı qərardan sonra başlanıb. İnsident 4 ay öncə baş verib.

XS
SM
MD
LG