Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15

Bəyanatda deyilir ki, “bu həbs tamamilə Azərbaycan hakimiyyətinin fərqli səsləri susdurmaq üçün əlaqələndirilmiş cəhdlərinin ruhundadır”.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı “Azərbaycanın aparıcı təhqiqatçı jurnalisti və hökumətin qızğın tənqidçisi Xədicə İsmayılovanın” həbsini Azərbaycanda tənqidi səslərə vurulan dağıdıcı zərbə adlandırıb.

Mehdiyevin məqaləsi həbsə siqnal olub

Təşkilatın Cənubi Qafqaz üzrə koordinatoru Giorgi Gogia deyib ki, “bu həbs tamamilə Azərbaycan hakimiyyətinin fərqli səsləri susdurmaq üçün əlaqələndirilmiş cəhdlərinin ruhundadır”.

Gogia Azərbaycan hökumətini Xədicə İsmayılovanı dərhal azad etməyə çağırıb.

Human Rights Watch bu barədə bəyanatında diqqəti belə bir məqama çəkir ki, həbs prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyri-hökumət təşkilatlarını ölkənin “5-ci dəstəsi” adlandıran və açıq-aşkar xəyanətdə ittiham edən məqaləsinin dərcindən dərhal sonra həyata keçirilib.

Korrupsiya və hakim ailənin biznesi

Bəyanatda deyilir ki, İsmayılova öz həbsini müəyyən müddət idi ki, gözləyirdi və beynəlxalq partnyorların Azərbaycanla sakit diplomatiya aparmaqdansa, birbaşa hesabat tələb etməsini istəyirdi.

Human Rights Watch bildirir ki, İsmayılova hakim ailənin biznes maraqları da daxil olmaqla, hökumətin korrupsiyalaşması barədə geniş araşdırma və reporatajlarla çıxış edirdi.

Hesabatda qeyd olunur ki, bu ilin fevral ayından başlayaraq polis bir neçə dəfə Xədicə İsmayılovanı dövlət sirlərinin sızdırılması ilə bağlı istintaqa şahid qismində dəvət etmişdi.

Bundan bir qədər əvvəl hökumət yönlü qəzetlər jurnalistin Azərbaycan müxalifətinə dair məlumatları guya ABŞ kəşfiyyat agentliklərinə ötürdüyünü iddia edən yazılar dərc etmişdi. Bu iddialar ABŞ-ın Bakıdakı səfrilyi tərəfindən rədd edilmişdi.

Jurnalistə qarşı aramsız kampaniya

Human Rights Watch təşkilatının bəyanatında xatırladılır ki, İsmayılovaya qarşı həmçinin siyasi müxalifətin bir nümayəndəsi tərəfindən defamasiya iddiası qaldırılıb. Həmin siyasətçi guya Xədicə İsmayılovanın onu hökumətin kəşfiyyat orqanlarının xəbərçisi adlandırmasını iddia edir. Xədicə İsmayılova bu iddianın əsassız olduğunu bildirib.

Human Rights Watch həmçinin bildirir ki, oktyabrın 12-də gömrük rəsmiləri Xədicə İsmayılovanın beynəlxalq konfransda iştirak etmək üçün xaricə getməsinin qarşısını alıb.

Bundan sonra elə oktyabr ayında Strasburqdan qayıdan jurnalist Bakı hava limanında bir neçə saat saxlanılıb, əşyaları qanunsuz axtarışa məruz qalıb.

Səbr kasasının son damlası

Human Rights Watch-un bəyanatında yada salınır ki, 2012-ci ildə onun şəxsi həyatına aid gizli çəkilmiş görüntülər internetə buraxılmaqla jurnalistin əlaqələndirilmiş qısnanması kampaniyası aparılıb.

“Son iki il yarımda Azərbaycan azı 50-dək müstəqil və ya müxalif siyasi fəala, jurnalistə, bloggerə və insan haqları fəalına qarşı əsassız ittihamlar qaldırıb və ya belə ittihamlarla təhdid edib. Onların əksəriyyəti artıq dəmir barmaqlıqlar arxasındadır” – deyilir bəyanatda.

Təşkilatın Cənubi Qafqaz üzrə rəsmisi Giorgi Gogia xatırladıb ki, aylardan bəridir Azərbaycanın beynəlxalq partnyorları insan haqları üzərinə hücumlardan narahatlıq ifadə edirlər, lakin Xədicə İsmayılovanın həbsi səbr kasasaının son damlası olmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG