Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22

-

Türk yazıçısı Orhan Pamuk-un “Qar” romanının ilk nəşrdən olan nüsxəsi Christie’s hərracında 13 min dollara satıldı.

Nyu-Yorkdakı hərrac “PEN Amerika Mərkəzi”nin nəfinə təşkil edilib.

Hərracda tanınmış yazıçıların əsərlərinin ilk nəşrindən olan və yazıçıların öz əliylə qeydlər apardığı, rəsmlər cızdığı kitablar satışa çıxarılıb.

Pamuk hərraca qoyulan kitabında Qarsın iki rəsmini cızıb. Əsərdəki hadisələr həmin şəhərdə baş verir.

Ən baha qiymətə Amerika yazıçısı Philip Roth-un“Amerika pastoralı” romanı satılıb: $80,000.

Baha satılan başqa kitablar:

Don Denillo “Yeraltı dünya” ($57,000),

Shirin Neshat “Adsız Detroit” ($17,000),

Toni Morrison “Sevimli New York” ($19,000)

Ümumilikdə, hərracda təxminən 1 milyon dollarlıq kitab satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG