Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

ATƏT: «Xədicə İsmayılın həbsi Azərbaycanda azad mediaya təzyiqlərin son nümunəsidir»


Dunja Mijatović
Dunja Mijatović

-

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatović Azərbaycanda jurnalist Xədicə İsmayılın həbsini pisləyib.

«İsmayılın həbsi yalnız qorxutma kampaniyasının idarə olunmasıdır, bu, onun azad və tənqidi səsini susdurmağa yönəlmiş kampaniyanın bir hissəsidir», - Mijatović deyib.

«Azərbaycan hakimiyyətini media azadlığına zidd olan bu təcrübəni dayandırmağa çağırıram», - Mijatović sözlərinə əlavə edib.

Bəyanatda daha sonra son bir neçə ay ərzində həbsə atılmış jurnalistlər Seymur Həzi, Pərviz Həşimli, bloqqerlər Əbdül Əbilov, Ömər Məmmədovun və digərlərinin adları sadalanır.

Mijatović bəyanatı Bazeldən, ATƏT Nazirlər Şurasının 21-ci toplantısından verib.

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

XS
SM
MD
LG