Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:33

Lavrov Ukraynanın şərqində monitorinqin genişləndirilməsinə qarşıdır


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Rusiya-Ukrayna sərhəddində monitorinqin genişləndirilməsini vaxtındanəvvəl sayır.

Lavrov ATƏT xarici işlər nazirləri şurasınınBazeldə keçirilən görüşündən sonra mətbuat konfransında deyib ki, ilk növbədə təhlükəsizliyin təmin edilməsi və Ukraynanın şərqində müstəqilliyini elan edən respublikaların nümayəndələrinin təqib olunmayacaqları barədə Minsk razılaşmasının şərtlərinə əməl edilməlidir.

ATƏT-in Parlament Assambleyası bundan əvvəl Ukraynanın şərqindəki müşahidəçi missiyasının tərkibini 500 nəfərədək artırmağa və missiyanın Rusiya sərhəddi boyunca fəaliyyətini genişləndirməyə çağırmışdı.

XS
SM
MD
LG