Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

Rusiya ilə Slovakiya Avropaya neft ötürülməsində razılığa gəliblər


Foto arxiv

Foto arxiv

Rusiya Avropa ölkələrinə üzunmüddətli neft verilməsi və tranzit barədə Slovakiya ilə razılıq əldə edib.

Bu barədə RİA-Novosti xəbər verir.

15 illik razılaşma 2015-2029-cu illəri əhatə edir və bundan sonra narazılıq olmasa razılaşmanın avtomatik daha 5 il uzadılması nəzərdə tutulur.

Bundan əvvəl, 1991-ci ildə imzalanmış razılaşmanın müddəti dekabrın 31-də sona yetir.

Sənədə görə, Slovakiya “Dostluq” kəməri ilə il ərzində təxminən 6 milyon ton neft alır, daha 6 milyon ton isə digər Qərbi Avropa ölkələrinə verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG