Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

III Beynəlxalq Kaşğarlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq


Mahmud Kaşğari
Mahmud Kaşğari

-

Dekabrın 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, müsabiqədə 25-ə yaxın ölkədən yazarlar iştirak edib.

Birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün isə 500 TL məbləğində mükafat nəzərdə tutulub.

Tədbirdə türk dünyasında “İlin Ədəbiyyat Adamı–2014” mükafatı da təqdim olunacaq.

Gecədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblı çıxış edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG