Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

"Terminator-5"in treyleri yayınlandı [Video]


-

Arnold Schwarzenegger-in iştirakı ilə "Terminator" silsiləsindən olan 5-ci filmin treyleri yayınlandı.

Treyleri ilk olaraq, "Mən qayıtdım" sözləri ilə aktyor öz Facebook səhifəsinə qoyub.

67 yaşlı aktyorun çəkildiyi filmin adı "Terminator Cenezis"dir.

Hadisələr 2029-cu ildə baş verir.

Gələn ilin yayında ekranlara çıxacaq filmdə Jason Clarke, Jai Courtney, Emilia Clarke da rol alır.

İlk "Terminator" 1984-cü ildə çəkilib və kommersiya baxımından böyük uğur qazanıb. James Cameron-un proqramlaşdırılmış qatil robot haqda həmin filmi SSRİ-də də populyarlıq qazanmışdı.

Terminatorun «I’ll be back» (Mən qayıdacam) sözləri qanadlı ifadəyə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG