Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Əli Əhmədov: «ABŞ-Azərbaycan münasibətləri normal səviyyədədir»


Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov

-

«ABŞ-Azərbaycan münasibətləri normal səviyyədədir və münasibətlərin bundan sonra da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətində önəmli yer tutur».

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, bununla yanaşı, müxtəlif zamanlarda ayrı-ayrı insanlar Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirirlər:

«Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən bu bəyanatlar Azərbaycan tərəfindən pislənilir. Ən azından biz bununla bağlı onlarda ya informasiya qıtlığının olduğunu, ya da ədalətsiz yanaşma olduğunu qeyd etmək zorundayıq. Bu cür bəyanatlar təbii ki, Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərmir».

Ə. Əhmədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan Azərbaycanın gözləntiləri bu münaqişənin ədalətli şəkildə, tezliklə həll olunmasıdır. Onun sözlərinə görə, Azərbaycana göndərilən yeni səfirdən ilk növbədə Azərbaycanın gözləntiləri də ondan ibarətdir ki, münaqişənin həllində ABŞ səylərini daha da artırsın, reallıqları düzgün ifadə etsin, enerjisini bu istiqamətə sərf etsin:

«Səfir öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və ədalətli informasiyalar verməlidir. O elə işləməlidir ki, ABŞ-ın ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatlar ədalətsizliyi ilə fərqlənməsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG