Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:12

Bakı sakini Adilə Qasımova AzadlıqRadiosunun "Qaynar xətt"inə ata evinin qanunsuz özəlləşdirilərək əlindən alınmasından danışır.

Onun sözlərinə görə, Hüsü Hacıyev küçəsi, mənzil 7 ünvanında atasına məxsus ev olub. Mənzil qanunsuz olaraq özəlləşdirilib. Bu özəlləşdirməni Adilə Qasımovanın qardaşı oğlu Telman Qasımov həyata keçirib. Rusiya vətəndaşı olan Telman Qasımov uzun müddətdir ki, Buryatiya Respublikasında yaşayır. O, 1999-cu ildə Azərbaycandan gedib və bu müddət ərzində ölkədə olmayıb.

"QARDAŞIMIN ÖLÜMÜNDƏN SONRA XƏBƏR TUTDUM Kİ..."

2011-ci ildə, atasının vəfatından üç gün qabaq Səbayel Rayon Polis İdarəsinin qeydiyyat şöbəsində bir gün ərzində şəxsiyyət vəsiqəsi alıb və iki günə evi özəlləşdirib. Adilə Qasımovanın sözlərinə görə, vərəsəlik hüququ var və onun öz payından imtina etmədiyi halda qardaşı oğlu qanunsuz şəkildə əmlakı özəlləşdirib. Şikayətçi qeyd etdi ki, qardaşının vəfatından sonra bütün bunlardan xəbər tutub:

“Mən o evdə anadan olmuşam. Atamın evində vərəsə kimi payım var və bu, qanunda göstərilib. Ancaq qardaşım oğlunun etdiyi qanunsuz hərəkəti məhkəmələr də davam etdirirlər. Məhkəmələr onu müdafiə edirlər".

Adilə Qasımova əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işi 1 saylı İqtisadi İnzibati Məhkəməyə göndərib. Həmin məhkəmə Telman Qasımovun xeyrinə qərar çıxarıb. Telman Qasımova iki gün ərzində Daşınmaz Əmlakın Reyestr Xidmətindən Çıxarış verilib. Yəni apellyasiya məhkəməsinə müraciət üçün qanunla nəzərdə tutulmuş müddət gözlənilməyib. Bundan sonr Adilə Qasımova apellyasiya şikayəti verib. bu instansiya birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Şikayətçi deyir ki, Ali Məhkəməyə üz tutub. Ancaq bu məhkəmə də əvvəlki məhkəmələrin qərarlarını qüvvədə saxlasyıb. Adilə Qasımova məhkəmələrdən şikayətçidir:

ÜMİD ALİ MƏHKƏMƏNİN PLENUMUNADIR

“İşə hakim Azər Hüseynov baxmalıydı. Məhkəmə iclasını oktyabrın 20-nə təyin etmişdi. Bizə isə poçtalyon bildirişi noyabrın 1-də gətirib verib. Bu, hakimin saxtakarlığıdır. Əvvəlcə elə güman etdik ki, texniki səhvdir. Vəkilim order və etibarnamə əsasında hakimin yanına getdi. Hakim vəkilə çox kobud şəkildə cavab verdi. Dedi, mən heç kimdən qorxmuram, mən belə işləyirəm, kimə istəyirsən get şikayət elə. Onda başa düşdük ki, saxtakarlıq edib".

İndi Adilə Qasımova ümidini Ali Məhkəmənin Plenumuna bağlayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG