Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

Alim James Watson-un DNT strukturunun kəşfi üçün aldığı Nobel mükafatı hərracda 4.7 milyon dollara satılıb.

23 karatlıq qızıl medal dekabrın 4-də Nyu Yorkda Christie's hərracında satılıb. Bu, Nobel mükafatları üçün rekord satış qiymətidir.

Hərracdan deyiblər ki, alıcı anonim qalmaq istəyir.

86 yaşlı Watson-un sözlərinə görə, məbləğin bir hissəsi universitetlərə, laboratoriyalara, xeyriyyə cəmiyyətlərinə veriləcək.

Watson, Francis Crick, və Maurice Wilkins 1953-cü ildə Britaniyada DNT-nin strukturunu və funksiyasını kəşf ediblər. Onlar 1962-ci ildə Nobel mükafatı alıblar.

Crick-in Nobel medalı ötən il hərracda 2.27 milyon dollara satılıb.

Watson-un medalı isə tarixə öz sahibi tərəfindən satılan Nobel mükafatı kimi düşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG