Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:20

1400 manat hardadır?


Arxiv fotosu
Arxiv fotosu

-

Ucar rayonu, Bağman kənd sakini, şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edib ki, Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariel Niftəliyev kartların kodunu dəyişmək bəhanəsi ilə kartını alıb və hesabdakı 1400 manatı mənimsəyib:

"Həyat yoldaşım 20 aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid ailəsi olduğumuz üçün hər ay bizə qanunda nəzərdə tutulmuş qaydada 200 manat müavinət verilir. Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar rayon filialından bankomatdan götürürdüm.Bu ilin may ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın, ilin sonunda götürüb oğluma toy edərəm.

"ƏRİZƏ YAZDIRIB KARTIMI MƏNDƏN ALDI"

Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirilir, mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı.

23 Noyabr 2014-cü il tarixdə çağırıb kartımı özümə verdi. Kartı bankomata salıb yoxladıqda məlum oldu ki, may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin yoxlayanda o da məlum oldu ki, həmin kartda heç bir kod dəyişikliyi olmayıb.

Güləbatın Kərimova bildirib ki, bu barədə prezidentə, Mehriban Əliyevaya, baş prokurora da müraciət edib:

"İnanıram ki, bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbir görüləcək. Beynəlxalq Bankın Ucar filialının müdirinin bu hərəkətləri bizim ailəni çox sarsıtdı.Çünki biz boğazımızdan kəsib bu pulu toplamışdıq ki, şəhidin yeganə övladına toy edim".

Beynəlxalq Bankdan bildiriblər ki, belə məsələləri hüquq-mühafizə orqanları araşdırır. Güləbətin Kərimova hüquq-mühafizə orqanına müraciət edibsə, mütləq araşdırılacaq. Əgər iddiaları həqiqəti əks etdirsə, tədbir görüləcək.

XS
SM
MD
LG