Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

-

"İmişli rayonunda 270 işçidən tələb olunur ki, bir aylıq maaşlarını könüllü şəkildə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirova bağışlasınlar".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə rayonun Mədəniyyət və Turizm şöbəsinin bir qrup işçisi yazıb:

"İşçiləri buna məcbur edən bir müddət əvvəl pensiyaya çıxmış, indi isə müdirin “mühasib”i rolunu oynayan İsmayıl Nuriyevdir".

"ÜMUMİ MƏBLƏĞ 35 MİN MANAT EDİR"

Yazırlar ki, Mədəniyyət şöbəsinin balansında 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər, 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi, uşaq incəsənət məktəb var. Ümumi işçi sayı isə 270 nəfərdir. İsmayıl Nuriyev 270 nəfər işçidən tələb edir ki, alacaqları maaşı dekabr ayının ikisinə kimi gətirib müdirə çatdırsınlar:

"Bu hal əvvəllər də olub. İyul ayının maaşını Süleyman Bəşirova məcburən bağışlamışıq".

Mədəniyyət işçiləri həmçinin qeyd ediblər ki, 270 işçi orta hesabla 130 manat maaş alır. Bu məbləğ isə ümumilikdə 35000 manat edir.

İmişli rayon Mədəniyyət və Turizm Şöbəsindən deyilənlər təkzib olunur. Bildiriblər ki, işçilərin narazılığı yersizdir və həqiqətdən uzaqdır: "Yazıda adı çəkilən İsmayıl Nuriyev isə müqavilə əsasında Mədəniyyət Şöbəsində məsləhətçi işləyir".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG