Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


Elmar Məmmədyarov

Elmar Məmmədyarov


Nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Piyer Andre və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik ilə görüşmüşdür.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılmışdır.

Nazir Elmar Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulamışdır ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG