Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Müttəfiqləri Əfqanıstana dəstək vəd edir


Əfqanıstan, ABŞ əsgərləri

Əfqanıstan, ABŞ əsgərləri

Birləşmiş Ştatlar, Britaniya və digər müttəfiqlər Əfqanıstanın yeni hökumətini tək qoymayacaqlarına söz verirlər. Beynəlxalq missiya ilin sonunda ölkədən çıxır və Kabil dəstəyin davamını istəyib.

Əfqanıstan prezidenti Ashraf Ghani və Britaniyanın baş naziri David Cameron dekabrın 4-də Londonda 60-dan çox ölkənin təmsilçilərinin iştirakıyla konfrans keçirib. Tədbir Əfqanıstanda təhlükəsizlik, korrupsiya və siyasi islahatlara həsr olunub.

ABŞ Dövlət katibi John Kerry deyib ki, yeni hökumət artıq bəzi məsələləri yoluna qoymağı bacarıb. Prezident Ashraf Ghani və baş idarəedici Abdullah Abdullah sentyabrda hakimiyyətin bölüşdürülməsinə razılaşıb, beləliklə də ölkədə ilk dəfə olaraq hakimiyyət demokratik şəkildə transfer olunub.

“Əminik ki, prezident Ghani və baş idarəedici Abdullah-ın siyasəti Əfqanıstanın daha sabit olmasına və rifahının yaxşılaşmasına gətirəcək,” Kerry deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG