Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşüb. Görüş dekabrın 4-5-də keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclası çərçivəsində baş tutub.

Azərbaycan XİN-nin məlumatına görə, görüşdə vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Məmmədyarov Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik surətdə inkişaf etdiyini, dövlət tərəfindən bu sahənin inkişafına hərtərəfli dəstək göstərildiyini və ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib.

Cənab Məmmədyarov insan hüquqlarından da danışıb. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Nazir söyləyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.

Thomas Melia bir müddət öncə demişdi ki, «Amerika rəsmiləri Azərbaycanla söhbətlərində son vaxtlar beynəlxalq və yerli QHT-lərin sıxışdırılmasının «qeyri-məqbul» olduğunu bildiriblər». Departament rəsmisi ötən il prezident seçkisindən Bakıya buraxılmayıb, onun səfərindən imtina olunub.

Nazir Elmar Məmmədyarov beynəlxalq ictimaiyyətin bu məsələdə fəal mövqe nümayiş etdirməli olduğunu deyib. O, ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsinin müxtəlif formatlarda gündəmdə saxlanmasının münaqişənin həllinə töhfə verə biləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG