Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:48

Rusiya silah alverçisinin əlbirinə ABŞ-da 5 il həbs cəzası verildi


Viktor But
Viktor But

Reuters agentliyi xəbər verir ki, Suriya vətəndaşı Richard Chichakli Rusiyalı silah alverçisi Viktor Butdan təyyarə almaqla ABŞ sanksiyalarını pozduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Nyu York sahə məhkəməsi 55 yaşlı Richard Chichakli-yə ötən il təqsirli bilindiyi fırıldaqçılıq əməlinə görə 1, 77 milyon dollar cərimə ödəməyi də əmr edib.

Xəbər verilir ki, Chichakli-yə 9 il iş kəsilməsi gözlənilsə də, hakim onun “öz əməlindıən peşmançılıq çəkdiyini” bildirib.

Prokurorlar deyiblər ki, Chichakli Butla əlaqələrdə şübhəli bilindiyi üçün ABŞ şirkətləri ilə biznes aparmaqdan yasaq edilsə də, Floridadakı aviasiya şirkətinə saxta kimlik təqdim edib.

Məhkəmədə həmçinin bildirlib ki, Chichakli 2007-ci ildə Boeing şirkətindən Butla birgə şərik olduqları və Tacikistanda yerləşən “Samar air” şirkəti üçün təyyarələr almağa cəhd göstərib.

“Ölüm taciri” kitabının personajı olan But dünya boyunca münaqişə zonalarında silah alveri ilə məşğul olub.

O hazırda 25 illik həbsxana cəzası çəkir. But ABŞ əsgərlərini öldürməyi planlaşdıran Kolumbiya qiyamçılarına silah satmağa cəhd göstərməkdə təqsirli bilinib.

But-un məhkum edilməsi o vaxt Moskva ilə Vaşinqton arasındakı münasibətləri ciddi təsirləndirmişdi, çünki Rusiya keçmiş sovet hərbi hava donanması zabitinin ekstradisiya olunmasını istəyirdi.

Chichakli-yə gəlincə isə o, başqa adla yaşadığı Avstraliyada həbs edilib.

XS
SM
MD
LG