Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:23

ATƏT-in yanğınlarla bağlı monitorinqi başa çatır


Azərbaycanın işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı ATƏT-in bu ilin iyun-iyul aylarında monitorinq aparan missiyasının fəaliyyəti oktyabrın 13-də başa çatır. Xarici İşlər Nazirliyinin idarə rəisi Tahir Tağızadə bildirir ki, monitorinqin nəticələri ilə bağlı hesabatı olacaq və orada yanğının nəticələrini aradan qaldırmaq məqsədilə tövsiyələr veriləcək. Ancaq hesabatın nə zaman açıqlayacağı hələlik məlum deyil.


ATƏT-in ətraf mühit üzrə koordinatoru Bernard Snoyun başçılıq etdiyi müşahidə missiyasına beynəlxalq ekspertlərlə yanaşı azərbaycanlı mütəxəssislər də cəlb olunub.


Bu həmin ərazilərdə aparılan ikinci monitorinqdir. İlk monitorinqi ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik aparmışdı. Ancaq onun hesabatında yanğının məhz hansı səbəbdən törədildiyinin dəqiq göstərməməsi Bakını razı salmadı.


İndiyədək Yerevan yanğının təbii fəlakət nəticəsində baş verdiyini, Azərbaycan isə qəsdən törədildiyini iddia edir.
XS
SM
MD
LG