Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

Vaşinqtonda, Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub. Bu barədə Amerikanın Səsi radiosu xəbər verir. Səfirin Bakiya nə vaxt gələcəyi hələ ki, açıqlanmır.

Cənab Cekuta Dövlət Katibinin Enerji Resursları üzrə Bürosunda çalışır. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Cekuta diplomat kimi Tokyoda və Berlində xidmət edib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Səfirin vəzifəyə təyyinatı Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin ABŞ-ın ünvanına kəskin hücümlarla çıxış etdiyi eyni günə təsədüf edir. Ramiz Mehdiyev Vaşinqtonu Azərbaycanda hakimiyyəti devirmək üçün "inqilab" hazırlamaqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG