Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:23

Həbsdə olan müsavatçının səhhətində problemlər yaranıb


Fərəc Kərimli

Fərəc Kərimli

-

Həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimli və onun qardaşı Sirac Kərimlidən xəbər var. Hər iki qardaşın hüquqlarının müdafiə komitəsinin sədri Əbülfəz Sadıqbəyli dekabrın 4-də onlarla görüşüb. Əbülfəz Sadıqbəylinin AzadlıqRadiosuna bildirdiyinə görə, qardaşlardan Fərəcin vəziyyəti normal olsa da, Siracın səhhətində ciddi problemlər var:

«Fərəcin saxlanma şəraiti və səhhətindən şikayəti yoxdur, Siracda ciddi problemlər var. Saxlanma şəraitindən şikayəti olmasa da, onun təzyiqi çox yüksəkdir. O qədər yüksəkdir ki, hətta dərmanlar da təsir etmir. İki gün öncə Siracı tibb məntəqəsinə aparıblar. Müayinədən sonra heç bir problemin olmadığını deyiblər.Siracın kəskin ürək ağrıları yaranıb. Sol qolu keyiyir, ağrılar belinə vurur. Onun daha ciddi müalicə almasına ehtiyac var. Yazılan dərmanlar müsbət təsir göstərmir. Vəkil Nemət Kərimli onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət edib».

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb. Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG