ABŞ-ın sosial səhiyyə proqramlarından 70 milyon dollarlıq fırıldaq sxemləri ilə pul mənimsəyən 10 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb.
Onlardan 5-i keçmiş SSRİ-dən çıxanlardır.
İttihama görə bu adamlar Madicaid və Medicare səhiyyə təşkilatlarına 70 milyon dollarlıq ödəmələr təqdim ediblər və bunun 25 milyon dollarını geri alıblar.
İttihamlar sübut olunsa, onları 20 iləcən həbs cəzası gözləyir.