Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:33

Londonda hərracda satılan müəmmalı qızıl boyunbağı


Londonda hərracda 379 min dollara satılan və 5-ci əsrə aid qızıl boyunbağı ornamentini Qırğızstandan çıxarmağa icazə alınmayıb.

Bunu incəsənət eksperti Damira Alyshbaeva Azadlıq Radiosuna dekabrın 4-də deyib.

Onun sözlərinə görə, o, keçən il Mədəniyyət Nazirliyində işləyəndə Slovakiyadan müraciət gəlmişdi ki, həmin boyunbağını nazirlik ekspertləri qiymətləndirsinlər.

Ekspertin fikrincə, bu , qızıl əşya Qırğızıstanda muzeylərdən oğurlanmayıb, ancaq 2013-cü ildə Slovakiyada peyda olub. Onun meydana çıxmasını belə izah edirdilər ki, boyunbağını 1800-cü illərdə bir qırğız alıb.

Həmin qızıl əşyanı hərracda kim satıb və kim alıb, bu barədə məlumat yoxdur.

XS
SM
MD
LG