Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Sotliraq İraq agentliyinin şahidlərə istinadən yaydığı xəbərə görə, İslam Dövləti təşkilatı Kərkük yaxınlığındakı al-Zab qəsəbəsində meydanda falaqqa qurub və bir gənci 40 şallaqla cəzalandırıb. Həmin gənc İD lideri Abu Bakr al-Baghdadini təhqir etməkdə günahkar bilinib.

İslam Dövləti Suriya və İraqda nəzarətindəki ərazilərdə qoyduqları şəriət qaydalarına uymayanlara qarşı geniş şəkildə ictimai yerlədə şallaqlama cəzaları təşkil edir.

Yerli sakinlər agentliyə bildirirlər ki, yaraqlılar onlara tabe olmaq istəməyənlərin gözünü qorxutmaq üçün bu cəzalara geniş əl atırlar və bu da yerli sakinlərin daha çox narazılığına səbəb olur.

İyun ayından bəri Kərkük ətrafına nəzarət edin İslam Dövləti yaraqlıları dəfələrlə bu cür cəzalara əl atıblar.

Sentyabrda al-Zabda bir mühəndisin boynu meydanda vurulub, noyabrda bazarda iki gənci Bağdad hakimiyyətinə işləməkdə ittiham edərək asıblar.

Burdan başqa Suriyanın Raqqa şəhərində İD-in qoyduğu musiqiyə qulaq asmaq, mahnı oxumaq və siqaret çəkmək qadağalarına görə son bir neçə ayda onlarla adam ictimai yerdə şallaqlama, bədən üzvlərinin kəsilməsi və edam cəzaları alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG