Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Murad Ədilovun apellyasiya şikayəti təmin olunmayıb


AXCP fəalı Murad Ədilov

AXCP fəalı Murad Ədilov

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Murad Ədilovun şikayətinə baxıb. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə şikayəti təmin etməyib:

«Noyabrın 25-də Murad Adilovun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdik. Məhkəmə bizim şikayəti təmin etməmişdi. Biz bu qərardan apellyasiya şikayəti vermişdik. Bu şikayətimiz də təmin olunmadı».

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi avqust ayında Murad Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Noyabrın 6-da isə həbs müddəti daha iki ay uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG