Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01

Rusiya prezidenti Putin Qərbi sinik və aqressiv hərəkət etməkdə ittiham edib. O deyib ki, Rusiya xarici ölkələrə heç vaxt boyun əyməyəcək.

Putin bunu ölkənin vəziyyəti haqda ənənəvi illik hesabatında deyib.

Putin dekabrın 4-dəki çıxışınaKrımın Rusiya üçün müqəddəs olmasından başlayıb.

Putin deyib ki, keçmiş sovet respublikarının, o cümlədən Ukraynanın suverenliyinə münasibətdə Rusiyanın mövqeyi dəyişməyib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları hamıya ziyanlıdır, o cümlədən sanksiyanı qoyanlara da.

Putin əmin edib ki, bütün təzyiqlərə baxmayaraq Rusiya özünütəcridə getməyəcək.

Putinin çıxışının ikinci hissəsi iqtisadiyyata həsr olunub.

Putin təklif edib ki, yaxın 4 ildə vergi yükünün artırılmasına moratorium qoyulsun.

Putin Rusiyaya qayıdan bütün kapitala amnistiya da təklif edib. O deyib ki. ölkənin tarixində ofşor səhifəsini bağlamaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG