Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:57

Prosinečki: «Biz oynadığımızdan yaxşı oynayacağıq» – Mətbuat icmalı


-

Azərbaycan yığmasının yeni baş məşqçisi optimisdir. Onun fikrincə, yığmanın potensialı var.

Almaniyada “Putini anlayanlar” ifadəsi yaranıb.Putinə bəraət qazandırmaq istəyənlərə belə deyirlər.

Putin dayanıb, bir özünə, ölkəsinə baxsın.

Ancaq iqtisadi çətinlik də Putini “düzəldə bilməyəcək”.

Milli Bank sədri satqındırmı?

Dünya mediası bu gün nədən yazır?

Robert Prosineckinin Azərbaycan yığmasına baş məşqçi təyin olunması haqdaməqaləsinə Guardian qəzeti Prosineckinin dedikləri ilə başlayır: ” Mən optimistəm. Mən düşünürəm ki, Azərbaycan yığmasının potensialı var”.

Xorvatiya millisinin keçmiş oyunçusu olan Robert Prosinerckinin Azərbaycan futbol federasiyası ilə müqaviləsinə görə, o, 2018-ci ilin dünya birinciliyinin seçmə oyunları başa çatana qədər yığmanın məqçisi olacaq. Hələlik isə Azərbaycan yığması 2016-cı ilin Avropa Birlinciliyinin seçmə oyunlarında cədvəlin sonundadır. 4 oyun keçirib, hamısını uduzub.

Prosinecki deyir: “Ola bilsin ki,biz İtaliya və Xorvatiya yığmalarına qalib gələ bilməyək, ancaq biz indiyədək oynadığımızdan daha yaxşı oynayacağıq”.

Prosinecki hesab edir ki, “işləmək lazımdır”.

Prosinecki baş məşqçi təyin olunmamışdan qabaq Azərbaycan futbol federasiyası Roberto Manchini, Martin Jol və Slaven Biliclə danışıqlar aparıb.

“PUTİNİ ANLAYANLAR”

Financial Times qəzeti yazır ki, Almaniyada “Putin Versteher” ifadəsi yaranıb. Bu, Putini başa düşən deməkdir. Almanlar Putinin hərəkətlərinə bəraət qazandıranlara mədəni şəkildə “Vertsteher” deyirlər. Qəzet yazır ki, Almaniyada belə “başa düşənlərin” artıq bir klubu yaranıb. Onlar hətta Putinin Ukraynada yaratdığı xaosda da bir məntiq tapırlar.

Qəzet yazır ki,belə “başa düşənlər” təkcə Almaniyada deyillər. Avropada ifrat sağlar, ifrat sollar və enerji lobbisi arasında “anlayanlar” çoxdur. Onların ən məşhuru Almaniyanın keçmiş kansleri Schrederdir. Başa düşən ifadəsi də məhz Putinin dostu olan eks-kanslerdən gəlir. O vaxtilədemişdi ki, “Moskvanın Qərbin mühasirəsinə düşmək istəməməsini başa düşür”.

PUTİN DAYANIB ÖZÜNƏ, ÖLKƏSİNƏ BAXMALIDIR

Guardian qəzeti yazır ki,xarici siyasət avantüralarından sonra qayıdıb özünə və ölkənə baxmağın vaxtıdır.

Qəzet bunu Putinə münasibətdə yazır.

Putin ölkədəki vəziyyətə baxmalıdır, ancaq bir məsələ də var ki, xüsusi diqqət tələb edir. Bu da Rusiyanın çox bədbin iqtisadi perspektivləridir.

Bu isə Putin hakimiyyəti dövrünün əldən verilmiş imkanlarının nəticələridir. O vaxtlar müasirləşdirmədən hər gün danışılırdı, Rusiya isə Brejnev dövründəki kimi xammal satışından asılıdır.

Putinin hakimiyyəti həmişə bir növ sövdələşmə olub: əhalinin rifahının yüksəlməsi və bunun əvəzində siyasi azadlıqların kəsilməsi, hakimiyyətin bir əldə cəmlənməsi.

Rusiya prezidenti seçim etməlidir. Bu seçim daha yumşaq siyasətin xeyrinə olmalıdır. İqtisadi göstəricilər Putinə başqa alternativ vermir.

“QOZBELİ QƏBİR DÜZƏLDƏR”

Financial Times qəzeti yazır ki, iqtisadi çətinliklər əhalinin Putinə dəstəyini yaxın vaxtlarda azaltmaycaq. Hərçənd Putinin hakimiyyəti dövründə ilk dəfədir ki, iqtisadi statistika optimizmə əsas vermir. Ancaq iqtisadi çətinliklərin Putini öz nəzəriyyələrindən imtina etməyə məcbur edəcəyinin əlamətləri görünmür.

Putin öz hərbi ritorikasının əhali arasında öopulyarlığını gördü. Təhlükə ondadır ki,iqtisadi çətinliklər Putini yumşalmağa yox, Qərblə qarşıdurmanı sərtləşdirməyə aparacaq.

BASHAR ASSAD: “HOLLANDE İLƏ İD-NİN POPULYARLIĞI ELƏ EYNİDİR”

Foreign Policy məcmuəsi yazır ki, Paris Match jurnalı Suriya prezidenti Bashar Assad-lə müsahibəni dərc edib.

Bashar Assad İslam Dövləti yaraqlılarına hava zərbələri haqda deyib ki, bunun faydası yoxdur,Fransa prezidenti Hollandeyə də toxunub. Bashar Assad deyib: “ Hollande İslam Dövləti təşkilatından daha populyar deyil”. Bashar Assad bunu deməklə Hollandenin rekord səviyyədə aşağı populyarlığına toxunur.

Jurnal soruşub ki, hava zərbələri Suriya hakimiyyətinə kömək edirmi? Assad deyib ki, bombalamaq kifayət deyil. “Yerində vəziyyəti bilən quru qoşunları vacibdir”. “Buna görə də 2 aydır ki, davam edən hava hücumlarının bir nəıticəsi yoxdur. Hava zərbələrinin faydası olduğunu demək həqiqətə uyğun deyil”.

Müsahibəsinin sonunda Bashar Assad deyir ki, “onsuz da hamı bir gün öləcək. Nə baş verirsə, versin, biz, suriyalılar heç vaxt imkan verməyəcəyik ki, Suriya Qərtbin əlində oyuncaq olsun. Bu, bizim üçün fundamental prinsipdir”.

MİLLİ BANK ÖLKƏNİN DÜŞMƏNİDİR?

Financial Times qəzetiyazır ki, Rusiya rublu bazar ertəsi 6 faiz düşəndən sonra Mərkəzi Bankın sədri Nabiullinanı “satqın” adlandırırlar, Mərkəzi Bankı isə “ölkənin düşməni” hesab edirlər.

Bu günlərdə Dumanın büdcə və vergilər Komitəsinin üzvü Evgeni Fyodorov baş prokurorluğa müraciət etdi ki, Mərkəzi Bankın fəaliyyətini yoxlasın. Fyodorov deyir ki, Mərkəzi Bankın vəzifəsi rublu qorumaqdır, MB isə qəsdən rublu uçuruma aparır.

Ancaq Financial Times ekspertlərə istinadla yazır ki,MB sədrinin fəaliyyəti ekpertlərin pozitiv qiymətini alır.

Nabiullina MB sədri olandan Bankın siyasətini şəffaf edib,həttabankın iclaslarının cədvəlini bir il qabaqcadan elan edib.

Onu yaxından tanıyanalar deyirlər ki,NabiullinaMB sədri olandan sonra “ekspertləri cəlb edib, öz təhsil səviyyəsini də artırıb”.

“O öz işini doğrudan da yaxşı görür”. Bunu qəzetə adı çəkilməyən iqtisadçı deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG