Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24

Məmmədyarov: "Ermənistan ordusunun hərəkəti etimad mühitinə zərbə vurdu"


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

“Prezidentlərin Soçi, Uels və Paris görüşlərində irəliləyişə müəyyən ümid yaranmış və danışıqlarda müsbət məqamlar görünməyə başlanmışdı.

AmmaErmənistan ordusunun Azərbaycan ərazilərində təxribat xarakterli və irimiqyaslı hərbi təlimlərə başlaması həmsədrlərin tərəflər arasında etimad mühiti yaratmaq cəhdlərinə zərbə vurdu”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan dəfələrlə sülh sazişinin hazırlanmasına başlamağa hazır olduğunu bəyan edib, amma qarşı tərəf də buna hazır olmalıdır.

Elmar Məmmədyarovun iclas çərçivəsində münaqişənin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG