Keçid linkləri

Təcili xəbərlər

Ramiz Ənvəroviçin fəlsəfəsi barədə...


Arxiv fotosu: Şimali Koreyada adamlar ölkənin qurucu lideri adlanan Kim İl-Sung və onun oğlu Kim Jong-İl-in portretinə təzim edirlər. 9 aprel 2012
Arxiv fotosu: Şimali Koreyada adamlar ölkənin qurucu lideri adlanan Kim İl-Sung və onun oğlu Kim Jong-İl-in portretinə təzim edirlər. 9 aprel 2012

-

Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

PARALELLƏR NECƏ DÜZ ÇIXDI?

Bu yaxınlarda bir yazıda Azərbaycanla Şimali Koreya arasında paralellər axtararkən doğrusu, bir qədər tərəddüd də edirdik. Fikirləşirdik ki, görən ifrata varmırıq ki?

Amma paralellər göz önündə idi. Heç ağlımıza da gəlməzdi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin növbəti “akademik” yazısı da daha bir paralel olacaq...

Bu yazının altında Ramiz Mehdiyevin imzasını görmək bizə həm təəccüblü, həm də təbii göründü.

Ona görə təəcüblü göründü ki, siyasi və diplomatik etika deyilən anlayış da var və o yüksək vəzifə adamından öz fikirlərinin cilalamağı və bir qədər təmkinli olmağı tələb edir...

Yazı bizə ona görə təbii göründü ki, onu keçmiş sovet filosofu yazmışdı. Onlarını işi isə həmişə “burjua dövlətləri”ni, xüsusən də “burjua demokratiyası”nı yamanlamaq olub - ABŞ-dakı və Avropadakı ictimai-siyasi fikrə daim opponentlik etmək, demokratiyanı Lenin-in ardınca “qovorilnya” adlandırmaq onlar üçün çox xarakterikdir...Amma qeyd olunan yazıda bunu hiss etmədik - Ramiz Mehdiyevin keçmiş kommunist və indiki avtoritar siyasi sistemin yüksək çinli məmuru kimi ABŞ-a, demokratik ölkələrə və təşkilatlara nifrətini başa düşürük. Amma ən azı Azərbaycana dövlətinin imici və maraqları deyilən bir anlayış da var. Akademik məmur hər halda, bunları gözləməyə borclu idi...

İNQİLABLARI YALNIZ “MASON”LAR HAZIRLAYIRMI?

Amma hətta Vladimir Lenin də inqilabların labüdülyünü inkar etmir və yazırdı ki, inqilablar o vaxt baş verir ki, “yuxarı”lar əvvəlki kimi idarə edə bilmir, “aşağı”lar isə əvvəlki kimi yaşaya bilmir...

Ramiz Mehdiyevin “rəngli inqilablara” da nifrətini anlayırıq. Amma Yaxın Şərqdəki, Şimali Afrikadakı və eləcə də digər ölkələrdəki avtoritar liderlərin “xalq tərəfindən seçilmiş liderlər” adlandırılmasını başa düşmürük. Yəqin hörmətli akademik və məmur ən azı öz təcrübəsindən, Azərbaycanın təcrübəsindən avtoritar liderlərin necə və hansı üsullarla seçildiyini çox yaxşı bilir...

Bəzən xof, siyasi hürufat, mövhumat o qədər çox olur ki, az qala adamın gözünə pərdə çəkilir və bu pərdənin arxasından hətta ən adi həqiqətləri belə görmək olmur...

Siyasətə konspiroloji bir sfera kimi baxmaq təbii ki, tək Ramiz Mehdiyev üçün xarakterik deyil. Çox adam siyasətə gizli sövdələşmələrin, masonların və başqa kimlərinsə məkrli sazişi kimi baxır...

Amma bu adamlar heç vaxt ortaya ciddi dəlil qoya bilmrilər. Ramiz Mehdiyevə də elə gəlir ki, o, öz yazısında kifayət qədər inandırıcıdır. Amma bu, həqiqətən də belədirmi?

SİYASƏTDƏ DƏ MÖVHUMAT OLURMU?

Əfsuslar olsun. Bəzən xof, siyasi hürufat, mövhumat o qədər çox olur ki, az qala adamın gözünə pərdə çəkilir və bu pərdənin arxasından hətta ən adi həqiqətləri belə görmək olmur...

QHT-lər, “beşinci kolon”... Bəlkə bütün bu qarabasmalar ona görədir ki, Ramiz Mehdiyev və onun təmsil etdiyi hakimiyyət reallıq hissini o qədər itirib ki, patoloji olaraq cəmiyyətdə kiminsə, hansısa təbəqəninsə onlarla olmadığını, onlara qarşı müxalif olduğunu qəbul edə bilmir?

Hörmətli akademik məmuru kədərləndirmək istəməzdik. Siyasətdə bəzən elə şeylər olur ki, onlar formal məntiqin çərçivəsinə sığmır. Azərbaycan hakimiyyəti, onun “xilaskar missiyası” bir tərəfə, bəzən elə olur ki, həqiqətən də böyük işlər görmüş siyasətçilər, prezidentlər siyasi səhnəni tərk etməli olurlar, ona görə ki, siyasətdə ilk baxışda “nankorluq” kimi qiymətləndirilə bilinən məqamlar, iki dəfəlik məhdudiyyətlər olur ki, onlar hətta ən yaxşı və ən səriştəli (YAP hakimiyyəti belə siyasi etiketləri sevir!) siyasətçilərə belə əbədi olaraq hakimiyyətdə qalmağa imkan vermir...

RAMİZ MEHDİYEV NİYƏ MEDİANI SEVMİR?

Ramiz Mehdiyev əgər mediaya və qəzetlərə toxunmasaydı onun çox “sanballı” yazısı yarımçıq olardı. Doğrudanmı, Prezident Administrasiyasının rəhbərinin bu xüsusda da deməyə sözü qalıb?

Keçmiş sovet filosoflarının işi isə həmişə “burjua dövlətləri”ni, “burjua demokratiyası”nı yamanlamaq olub - ABŞ və Avropadakı ictimai-siyasi fikrə daim opponentlik etmək, demokratiyanı Lenin-in ardınca “qovorilnya” adlandırmaq onlar üçün çox xarakterikdir...

Məsələ bundadır ki, məhz onun formalaşdırdığı siyasət ucbatından ölkədə az qala mətbuat qalmayıb.

Deyirlər ki, mətbuatı internet və televiziya sıxışdırır. Bəs, necə olur ki, intenetin yarandığı ölkələrdə hələ də azad mətbuat qalır? Məgər orada internet istifadəçilərinin sayı Azərbaycanda olduğundan azdırmı?

İş o yerə çatıb ki, Ramiz Mehdiyev “Azadlıq” radiosunu da unutmayıb. Bunu da başa düşmək iqtidarındayıq. Məhz bu radionun əməkdaşlarının araşadırmaları sayəsində hakimiyyətin cəmiyyətdən gizlətmək istədiyi bir çox məqamlar aşkar oldu.

Bircə anlığa fərz etmək olar ki, “Azadlıq” radiosu elə həqiqətən haqsız olub. Bəs, niyə bu media strukturunun araşdırmalarından sonra qanuna düzəliş edildi, biznes strukturlarının kimə məxsus olması biznes sirrlərinə aid edildi?

Bəlkə ona görə ki, əgər bu araşdırmalar davam etsəydi ölkədə mülkiyyətin 90 faizinin bir neçə adama məxsus olması aydın olacaqdı? O vaxt filosof məmur bunu necə əsaslandıracaqdı?

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG