Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

Dekabrın 4-də müdafiə naziri Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib. Görüşdə hər iki ölkənin ikitərəfli hərbi əməkdaşlıq səviyyəsi, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG