Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Qroznıda atışmada azı 9 nəfər ölüb


Şəhərin mərkəzində silahlıların tutduğu bina dağıdılıb

Şəhərin mərkəzində silahlıların tutduğu bina dağıdılıb

-

Rusiyanın Çeçenistan Şimali Qafqaz Respublikasında yaraqlılarla təhlükəsizlik qüvvələri arasında bir neçə saatlıq atışmada azı 9 nəfər həlak olub.

Çeçenistan lideri Ramzan Kadyrov dekabrın 4-də bildirib ki, şəhərin mərkəzində bir neçə silahlının tutduğu bina dağıdılıb, içəridəki yaraqlıların hamısı həlak olub.

Dekabrın 4-də səhər 3 maşında hərəkət edən silahlılar yol polisinə hücum edib. Onlar daha sonra Qroznının mərkəzində nəşriyyat binasını tutublar.

Kadyrov İnstagram hesabında yazıb ki, «6 terrorçu məhv edilib,» daha sonra isə deyib ki, nəşriyyatdakı bütün yaraqlılar öldürülüb.

Bu, son bir neçə ildə Qroznıda baş vermiş ən böyük qarşıdurmadır. Çeçenistanda iki post-sovet müharibəsindən sonra bərpa işləri aparılıb.

Bu atışma həm də Rusiya prezidenti Vladimir Putinin parlamentdə illik çıxışından bir neçə saat əvvəl baş verib.

XS
SM
MD
LG