Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

Dekabrın 4-də Rusiya prezidenti Vladimir Putin parlamentdə illik çıxışını edəcək. Putin Kremlin Müqəddəs Georgi zalında, yüksək rütbəli rəsmilər, dini liderlər və digər dövlət adamları qarşısında danışacaq. Çıxış Bakı vaxtıyla günorta 1-də başlanacaq, dövlət kanallarında yaymlanacaq.

Bu çıxışdan əlavə, Putin illik mətbuat konfransı keçirir və bütün ölkədən telefon zənglərinə də cavab verir. Bununla da özünü böyük bir ölkəni ciddi nəzarətdə saxlayan güclü lider kimi təqdim edir.

Bu il gözlənir ki, Putin rusiyalıları özünün və ölkəsinin Ukrayna böhranına görə Qərblə gərginləşmiş münasibətlərə baxmayaraq düz yolda olduğuna inandıracaq. O, rublun kəskin düşməsindən dolayı yaranan narahatlığı da azaltmağa çalışacaq və ABŞ və Avropa Birliyinin sanksiyalarına qarşı əzmkarlıq nümayiş etdirəcək.

Prezidentin parlamentdə illik çıxışı konstitusiya öhdəliyidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG