Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Rusiya mediası yazır ki, Çeçenistanın paytaxtı Qroznıda təhlükəsizlik qüvvələri və polis silahlıları şəhər mərkəzində mühasirəyə alıb.

Moskvanın Milli Antiterror Komitəsi bəyanatında deyir ki, üç maşında hərəkət edən silahlılar dekabrın 4-də səhər yol polisinə hücum edib. Hücumda üç polis əməkdaşının öldürüldüyü bildirilir. Xəbəri RİA-Novosti hüquq-mühafizə orqanlarından mənbələrə istinadla yayıb.

Yol polisinə hücumdan sonra silahlılar Qroznının mərkəzində nəşriyyat binasını tutublar, Milli Antiterror Komitəsi bildirir. Məlumata görə, təhlükəsizlik qüvvələri, polis və fövqəladə xidmət əməkdaşları binanı mühasirəyə alıblar.

Komitə Qroznının mərkəzində antiterror rejiminin tətbiq olunduğunu deyir.

İnternetdə yerləşdirilən təsdiqlənməmiş həvəskar fotolarda nəşriyyatın alov içində olduğu görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG