Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:30

Kerry: “İranın İD-ə qarşı hər hansı hərbi tədbiri “müsbət” sayılır”


John Kerry

John Kerry

ABŞ Dövlət katibi John Kerry deyir ki, Vaşinqtonla Tehran İraqda İslam Dövləti (İD) yaraqlılarına qarşı mübarizəni koordinasiya etmirlər, ancaq İranın İD-ə qarşı hər hansı hərbi tədbiri “müsbət” sayılır. Kerry dekabrın 3-də Brüsseldə danışıb. Öncə Pentaqon bildirib ki, İranın İraqdakı İD mövqelərinə hava zərbələri endirməsinin “əlamətləri” var.

Kerry İranın İraqa hava zərbələri endirməsini təsdiqləməyib, deyib ki, iraqlılar bütün quru və hava hərbi əməliyyatları üçün cavabdehlik daşıyır və “nə edəcəklərinə də özləri qərar verəcəklər”.

Kerry onu da bildirib ki, hazırda İranla hərbi tədbirləri koordinasiya etmək planları yoxdur.

İranın yüksək rütbəli rəsmisi İranın İraqda İD-ə hava zərbələri endirmədiyini deyib.

Birləşmiş Ştatların İranla 1979-cu ildən bəri diplomatik münasibətləri yoxdur. Həmin il iranlı fəallar ABŞ-ın Tehrandakı səfirliyinə hücum edib, onlarla amerikalını girov götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG